Astarada ötən həftə açılan piyada körpüsünü sel suları dağıdıb - FOTO

Son günlər cənub bölgəsində yağan aramsız intensiv yağışlar, Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünü dağıdıb.
Avtosfer.az xəbər verir ki, sakinlərin dediyinə görə, körpü illərdir qəzalı vəziyyətdə olub.
Qeyd edilib ki, son dəfə yağan yağışlar zamanı çayda suyun səviyyəsi artıb və qəzalı körpünü sel suları aparıb. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin ötən həftə salınan yeni körpünün ömrü cəmi iki-üç gün çəkib.
Sakinlərin istifadə edə biləcəyi alternativ yol isə təqribən 6 km məsafədə yerləşir. Bu yoldan da yalnız piyadalar və kiçik həcmli maşınlar istifadə edə bilər. Həmin körpü də qəza vəziyyətdə olduğu üçün fermerlər əkdikləri sitrus meyvələrini bazara çıxarıb sata bilmirlər.
Şiyəkəran kənd inzibati dairəsi üzrə nümayəndəsi Elşad Məcidov apa-ya bildirib ki, ağır tonnajlı maşınlar üçün nə davamlı körpü var, nə də əlverişli yol.
“Hazırda vətəndaşlar öz məhsullarını bazara ancaq alternativ yoldan istifadə etməklə minik maşınları ilə çıxara bilər. Piyada yolu salınana kimi, şagirdlər də alternativ yollardan istifadə edərək məktəbə gedə bilirlər”, - o əlavə edib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO


















