At ətini mal əti adı ilə satan şəxs tutuldu - VİDEO

Şərur rayonunun Yengicə kəndində 105 kiloqram at əti aşkar olunub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon Yencinə kəndində qidaya yararsız at ətinin mal əti adı altında satışını təşkil edən Nizami Babayev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs kəndlərdən və ətraf ərazilərdən atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Nizami Babayevin Şərur rayonunun Yengicə kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilərkən qidaya yararsız 105 kq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq












