AVRO-2020 ilə əlaqədar Bakı metrosunda könüllülər xidmət göstərəcək

UEFA-nın futbol üzrə Avropa çempionatının (AVRO-2020) final mərhələsinin oyunları ilə əlaqədar Bakı metropolitenində könüllülər xidmət göstərəcək.
“Bakı Metropoliteni” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, yarış proqramına uyğun olaraq, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək.
Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində 30 könüllü seçilib. Onlar futbol oyunlarının keçirildiyi günlərdə “Koroğlu” stansiyası ilə yanaşı, şəhər mərkəzinə yaxın daha 6 metro stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) fəaliyyət göstərəcəklər.
Könüllülərin cəlb edilməsində əsas məqsəd şəhərə təşrif buyurmuş qonaqların, xüsusən əcnəbilərin metropolitendə koordinasiyalı hərəkətini, yarış məkanına və sosial-mədəni obyektlərə səmti rahatlıqla müəyyənləşdirməsini, gediş haqqının yüklənməsini və istifadə qaydalarının izah olunmasını təmin etməkdir. Lazım gəldikdə, sərnişinlərə digər faydalı məlumatlar, eləcə də Azərbaycanın zəngin tarixi-mədəni irsi, paytaxtın sosial-mədəni və iaşə obyektləri barədə məlumatlar da veriləcək.
Könüllülərə müvafiq təlimat keçilərək, iş qrafikləri müəyyən olunub. İkinövbəli rejimdə çalışacaq gənclər sərnişinlərə xidmət göstərəcəkləri stansiyalarla tanış olublar. Onlar üzərində "Ask me" (tərcüməsi – "Məndən soruş") yazılmış xüsusi geyimlərdə olacaq, sərnişinin yaddaş kitabçası, şəhər, metropoliten və Avropa çempionatı ilə bağlı digər vəsaitlərlə təmin ediləcəklər.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












