Avtobus dayanacağında parklanmaya görə 1700 manat cərimə və ya 10 gün HƏBS

ABŞ-də qanunlar 2 tipdir: federal və ştat qanunları. Birincilər ölkənin bütün ərazisində mötəbərdir (məs., pul vahidi dollardır). İkincilər isə ştata görə dəyişir.
Avtosfer.az-ın xəbərinə görə, ABŞ-də federal yol hərəkəti qaydalarından biri də məktəbli avtobusları ilə bağlıdır. Bu avtobuslar bir qayda olaraq sarı rəngdə olur, əlavə işıqlarla təchiz edilir.
Xüsusi üstünlüyə malik bu nəqliyyat vasitələri ilə bağlı ABŞ-də bir spesifik qayda da mövcuddur: məktəbli avtobusu avtobus dayanacağında dayanarsa, 50 metr radiusda bütün nəqliyyat vasitələrinin hərəkəti dayanmalıdır. Hətta əks istiqamətdə hərəkət edənlər də!
Bu qayda həm uşaqlarda özünəinam yaradır, həm də təhlükəsizliyi təmin edir. Qayda pozmağın cəzasına gəlincə, bu, ştata görə dəyişir. Bəzi ştatlarda buna görə 200-1000 dollar cərimə ilə qurtulmaq mümkündürsə, bəzilərində qayda pozan şəxs 10 gününü dəmir barmaqlıqlar arasında keçirəcək.
ABŞ-də bir maraqlı hal da var: bu ölkədə məktəblərin qarşısında sürəti azaltmaq üçün tramplin, çıxıntı və ya val qoyulmur. Lakin MƏKTƏB işarəsini görən sürücülər istər-istəməz sürəti azaldırlar və bu, Amerika cəmiyyəti üçün normadır. Bəzən kənardan gələnlər isə nə üçün sürücülərin “tısbağa sürəti ilə getdiyini” başa düşmürlər.
Bir braziliyalı blogerin təbirincə desək, “ABŞ-də odlu silah almaq və daşımaq daha asandır, nəinki məktəblilərə qarşı qayda pozuntusuna yol vermək”.
Vüqar Yaşaroğlu
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












