“Avtobus sürücüsünün belə davranışı aşkarlandıqda, işdən kənarlaşdırılır” – AYNA – VİDEO

Son dövrlərdə sosial şəbəkələrdə bəzi daşıyıcı şirkətlərə məxsus avtobusların sürücülərinin kobud davranışları vətəndaşların narazılığına səbəb olur. Bu hal paytaxtətrafı ərazilərə sərnişin daşıyan ictimai nəqliyyat idarəçiləri tərəfindən daha tez-tez təkrarlanır.
Avtosfer.az xəbər verir ki, bu gün MEDİA Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” adlı forumda jurnalistlərin bu istiqamətdə sualları da cavablanıb.
Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov açıqlamasında qeyd edib ki, belə hallarla rastlaşdıqda “141” çağrı mərkəzinə məlumat vermək lazımdır:

“Yaxud daşıyıcı şirkətin əlaqə nömrəsinə məlumat vermək olar. Bir çox hallarda bu cür davranışlar sürücünün fəaliyyətdən kənarlaşdırılması ilə nəticələnir, yaxud töhmət verilir. Belə hallarda nəqliyyat vasitəsinin qeydiyyat nişanını, hadisənin digər detallarını qeydə alıb çağrı mərkəzinə edilən şikayətdə bildirmək lazımdır. Bu halda hadisəni daha sürətli araşdırmaq qurum üçün daha asan olacaq. Bəzən sosial şəbəkələrdə yayılan görüntüləri hətta bizə göndərilmədən, qarşımıza çıxır və araşdırmağa başlayırıq”.
Səfər
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












