Avtomobil qaçıranlar Salyanda tutuldu

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini N.Qardaşxanov şəhər ərazisindən VAZ-21015 markalı avtomobilinin qaçırıldığını bildirib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Ələt-Astara yolunda hərəkətdə olması müəyyənləşdirilib. Nəqliyyat vasitəsi Dövlət Yol Polisi postunda süni tıxac yaradılmaqla saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Musazadə və sərnişinləri - Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov, Xocavənd rayon sakini T.Haqverdiyev Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Avtomobilə baxış zamanı “Vinçester” markalı silah və bir baş qoyun aşkarlanaraq götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












