“Yeni bir şey icad etməyimizə ehtiyac yoxdur” – Nura Suri bu qurumları TƏNQİD ETDİ

“İqtisadiyyatımız inkişaf edir, ordumuz güclüdür, siyasətimiz düzgündür, amma mədəniyyətimiz o səviyyədə deyil”.
Avtosfer.az xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin təşkil etdiyi ictimai dinləmədə bildirib. O qeyd edib ki, Azərbaycanın tarixi və mədəniyyəti düzgün formada təqdim edilmir. “Mən hərdən baxıram xarici turistlərin danışdıqlarına, deyirlər ki, lülə-kabab dadlıdır, şəkərbura ondan da dadlıdır. Azərbaycan bu deyil axı! Azərbaycanı elə edək ki, turistlər muzeylərimizin qarşısında dayansınlar, bizim kitablarımızı oxusunlar”, - deyə Anar Rzayev vurğulayıb.
Lakin ölkəmizin tarixi abidələri, qədim şəhərləri və arxeoloji irsi də turistlər üçün maraqlı ola bilər. Xarici qonaqların diqqətini tarixi məkanlara yönəltmək və onların ölkəmizin keçmişi ilə tanışlığını təmin etmək mühüm əhəmiyyət daşıyır. Tarixi abidələrin tanıdılması ilə yanaşı, onların qorunması və turistlər üçün əlçatanlığının təmin edilməsi də vacibdir. Bu ərazilərdə turizm infrastrukturunun inkişaf etdirilməsi xarici qonaqların marağının artmasına şərait yarada bilər. Azərbaycanı xarici turistlərə yalnız milli mətbəxi ilə deyil, qədim tarixi və zəngin mədəni irsi ilə tanıtmaq üçün nələr edilməlidir?
Mövzu ilə bağlı tarixçi Boran Əziz Avtosfer.az-a açıqlamasında bildirib ki, vətənimizin ərazisi insanlıq tarixi üçün çox əhəmiyyətli yer tutan mərhələlərlə zəngindir:

"Tarixdə digər bütün xalqların ərazisində bu cür maddi-mədəniyyət abidələri yoxdur. İnsanlıq tarixini öyrənmək üçün Azərbaycan ərazisindəki bu maddi-mədəniyyət abidələri də insanlara çox əhəmiyyətli məlumatlar verir. Bu maddi-mədəniyyət abidələrsiz dünya tarixini öyrənmək yanlış olardı. Biz arzu edirik ki, mədəniyyət və turizm sahəsi ilə məşğul olanlar turistlərin marşrutlarını bu yerlərə daha çox salsınlar. Azərbaycan mədəniyyətinin bir hissəsi də onun məişət mədəniyyətidir. Bu yerlərə səfər edərkən gözəl təamları ilə tanış etmək də mümkündür".
Müğənni Nura Surinin fikrincə isə, biz mədəniyyətimizi, tariximizi, mətbəximizi, musiqimizi tanıtmaq üçün türklərdən də öyrənə bilərik:
"Türklər bu işi çox yaxşı bacarırlar. Bütün dünyada yayımlanan və Türkiyəyə marağı artıran “Möhtəşəm Yüzil” serialını göstərmək olar. Serialdan sonra Sultan Süleyman və Türkiyə tarixi ilə bağlı vikipediyada axtarışların sayı da artmışdı. Bu statistika insanların Türkiyənin tarixinə marağının necə yüksəldiyini göstərir. İndi elə bir dövrdə yaşayırıq ki, sosial şəbəkələr, rəqəmsal platformalar vasitəsilə hər şeyi formalaşdırıb insanlara çatdırmaq mümkündür. Fikir formalaşdırmaq, reklam etmək, təbliğat aparmaq və sairə bunların hamısı mümkündür. Bunun üçün, düşünürəm ki, bir qurum olmalıdır və bu işlərlə məşğul olmalıdır. “YouTube” və “Instagram” hesabları yaradılmalı, Azərbaycanın gəzməli-görməli yerləri, təbiəti, tarixi məkanları, musiqiləri, rəqsləri və mətbəxi haqqında bütün dillərə tərcümə olunaraq materiallar hazırlanmalıdır. Filmlər və seriallar çəkilməlidir. Onları elə səviyyədə çəkmək lazımdır ki, xaricdə satılsın və onlara baxılsın. Bizim nəsə fikirləşib yeni bir şey icad etməyimizə belə ehtiyac yoxdur. Bunu hər kəs edir, amma, biz hələ ki etmirik. Əslində edirik, lakin elə formada edirik ki, bunun bir nəticəsi olmur. Deməli, bütün bunlar nəticə verəcək formada həyata keçirilməlidir".
Züleyxa
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












