Azad edilmiş ərazilərə təkrar keçən 20 nəfər minaya düşərək ölüb
Xəbərlər
26 May 2021 19:25

Bu günədək işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərərkən inzibati qaydada həbs olunan şəxslərin sayı məlum olub.
Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən 1 400-dən artıq şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində inzibati tənbeh görülüb.
“Onların içərisində 20-dən artıq şəxs var ki, müxtəlif vaxtlarda polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində məhkəmənin qərarı ilə inzibati həbs tətbiq edilib. Daha sonra həmin şəxslər islah olunmayıb və azad edilmiş ərazilərə qanunsuz yollarla keçib və orada mina partlayışı nəticəsində ölüb”, - DİN rəsmisi deyib.
Oxunub : 1092
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
ŞƏRH YAZ












