AZAL IATA-nın “CO2 Connect” proqramına qoşuldu - FOTO

Bakıda keçirilən Aviasiya Enerji Forumu çərçivəsində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” (AZAL) ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) arasında “CO2 Connect” proqramına dair müqavilə imzalanıb.
Avtosfer.az xəbər verir ki, sənəd AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır tərəfindən imzalanıb.
“IATA ilə “CO2 Connect” müqaviləsini imzalamaqla AZAL iqlim dəyişikliklərinə qarşı şəffaf və dəqiq məlumatlara əsaslanan öhdəliklərə sadiqliyini daha da gücləndirir. Bu əməkdaşlıq bizə dəqiq CO2 emissiyaları məlumatlarını paylaşmağa və dekarbonizasiya hədəflərimizə uyğun olaraq daha məlumatlı, dayanıqlı səyahət seçimlərini dəstəkləməyə imkan verir,” – deyə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.
IATA-nın “CO2 Connect” kalkulyatoru emissiyaların ölçülməsindəki uyğunsuzluqları aradan qaldıraraq sərnişin başına dəqiq CO2 məlumatlarını təqdim edir. Bu məlumatlar təyyarə növünə xas yanacaq sərfiyyatı kimi real əməliyyat məlumatlarına əsaslanır və birbaşa iştirakçı aviaşirkətlər tərəfindən təqdim olunur, sənayedə razılaşdırılmış metodologiyaya uyğun hesablanır. Platforma daha yüksək məlumat dəqiqliyinə nail olaraq sektorda hesabatlılığı gücləndirir. AZAL hazırda “CO2 Connect”ə məlumat təqdim edən 60-dan çox aviaşirkətə qoşulub.
“CO2 Connect” qlobal standart metodologiyalar və yüksək keyfiyyətli məlumatlara əsaslanan, aviasiyanın dekarbonizasiyasına töhfə verən güclü bir vasitədir. O, həmçinin uçuşlarının nə dərəcədə dayanıqlı olduğunu aydın şəkildə anlamaq istəyən korporasiyalar və fərdi səyahətçilərin tələbatını da ödəyir. AZAL kimi aviaşirkətlərin töhfəsi ilə bu platforma qlobal miqyasda aviasiya emissiyalarının ölçülməsi üçün etalon kimi qəbul edilib,” – deyə IATA-nın Avropa üzrə Regional vitse-prezidenti Rafael Şvartsman bildirib.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












