AZAL təyyarə bələdçisi vəzifəsi üzrə işçi axtarır

“Azərbaycan Hava Yolları” (AZAL) özünü təyyarə bələdçisi vakansiyasının tələblərinə uyğun hesab edən hər kəsi müsahibəyə qatılmağa dəvət edir.
“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, regionun liderlərindən biri kimi tanınan AZAL aviasiya ailəsinin bir hissəsi olmağa hazır olan həvəsli və perspektivli namizədlər axtarışındadır.
Təyyarənin göyərtəsində sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsində bələdçilər mühüm rol oynayır. Bundan əlavə, onlar sərnişinlərə keyfiyyətli xidmətin və ilk tibbi yardımın göstərilməsi də daxil olmaqla mülki aviasiya standartlarına uyğun olaraq öz vəzifələrinə cavabdehdirlər.
Aviaşirkətdə təyyarə bələdçisi kimi çalışmaq sizə peşəkar inkişaf, komanda işi və unikal təcrübə kimi imkanlar yaradacaq.
Bu vəzifəyə uyğun olan namizədlər mülki aviasiyada işləmək arzusu, punktuallıq, stressə davamlılıq və nizam-intizam kimi mühüm keyfiyyətlərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidirlər:
- Azərbaycan Respublikası vətəndaşı;
- 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda), maksimum 45 (uyğun təcrübə olduğu halda);
- minimum tam orta təhsil;
- hərbi bilet (olduğu təqdirdə);
- boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün);
- dil bilikləri: Azərbaycan - səlis, ingilis - orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti);
- ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;
- mütəmadi ezamiyyətlərə hazır olmaq;
- uçuş üçün tibbi əks göstərişin olmaması.
Təyyarə bələdçisi vəzifəsinə tələblər haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: https://glorri.com/azal/
Namizədlər bu vakansiya üzrə aviaşirkətin rəsmi internet saytı www.azal.az vasitəsilə “Karyera” bölməsinə keçərək müraciət edə bilərlər. Bununla yanaşı, onlar CV-lərini [email protected] poçt ünvanına göndərə və ya Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Şimal” girişində yerləşdirilən xüsusi qutuya buraxa bilərlər.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










