AZAL təyyarəsi haqqında hesabat gələn il açıqlana bilər

"Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AHY) məxsus "Embraer 190" təyyarəsi ilə bağlı araşdırmanın son nəticələri yalnız 2026-cı ilin əvvəlində açıqlana bilər".
Avtosfer.az xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev "RIA Novosti"yə müsahibəsində bəyan edib.
"Bu, normativ müddətdir, adətən araşdırma təxminən bir il, bəlkə bir az daha çox vaxt aparır", - deyə Bozumbayev bildirib.
O qeyd edib ki, hazırda bütün müvafiq işlər görülür.
Bozumbayev, həmçinin vurğulayıb ki, komissiya beynəlxalq standartlara uyğun çalışır və hadisənin bütün hallarını diqqətlə təhlil edir.
Kanat Bozumbayev avqustda da bildirmişdi ki, yekun hesabat bir neçə ay ərzində təqdim edilə bilər. Onun sözlərinə görə, əsas elementlərdən biri - elektron sistemlərin vahid modul bloku (avionika) ekspertiza üçün ABŞ-yə göndərilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












