AZAL uçuş cədvəlindəki mümkün dəyişikliklərə qarşı sığorta xidmətini istifadəyə verdi

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlərinə uçuş cədvəlində yarana biləcək gözlənilməz dəyişikliklərə qarşı əvvəlcədən qorunmaq imkanı yaradan DAFAR (“Disruption Assistance For Any Reason”) adlı yeni rəqəmsal xidməti istifadəyə verib. Bu xidmət gecikmə və ya reysin ləğvi kimi hallarda sərnişinlərə operativ dəstəyin göstərilməsini nəzərdə tutur.
Bu barədə Avtosfer.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
DAFAR xidməti AZAL-ın rəsmi veb-saytı və mobil tətbiqində biletin bron edilməsi mərhələsində əlavə seçim kimi təklif olunur. Xidmət səyahət texnologiyaları üzrə qlobal platforma olan HTS (“Hopper Technology Solutions”) ilə tərəfdaşlıq çərçivəsində tətbiq edilib.
DAFAR ödənişli əsasda təqdim edilir və xidmətin dəyəri istiqamətdən asılı olaraq dəyişir. Xidmət aktivləşdirildikdən sonra sistem reysin statusunu avtomatik izləyir. Uçuşun 2 saat və ya daha çox gecikməsi, yaxud həmin gün ləğv olunması halında sərnişinə bildiriş göndərilir və aşağıdakı seçim imkanları verilir:
-
müəyyən edilmiş limit çərçivəsində əlavə ödəniş etmədən marşrut üzrə uçuş həyata keçirən istənilən aviaşirkətə biletin yenidən bron edilməsi;
-
bilet dəyərinin 100% geri qaytarılması və sərnişinin istəyi ilə səyahətin ilkin biletlə davam etdirilməsi.
Yeni xidmətin istifadəyə verilməsinə münasibət bildirən “Azərbaycan Hava Yolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə qeyd edib ki, AZAL səyahətçilərin dəyişən ehtiyaclarına uyğun müasir həllərin tətbiqinə xüsusi diqqət yetirir. “Bu tərəfdaşlıq müştəri loyallığının güclənməsinə və sərnişinlər üçün daha çevik, operativ xidmətin təmin edilməsinə imkan yaradacaq”.
“Hopper” və HTS-in prezidenti və həmtəsisçisi Dakota Smit isə öz növbəsində bildirib: “Azərbaycan Hava Yolları ilə əməkdaşlıq etməkdən və Avrasiya regionunda sərnişinlər üçün imkanları genişləndirməkdən qürur duyuruq. Fintex həllərimiz sərnişinlər üçün əlavə dəyər yaradır.”
Qeyd edək ki, HTS məlumat analitikası və süni intellekt əsaslı texnologiyalar vasitəsilə müasir səyahətçilərə dəstək məqsədilə fintex həlləri hazırlayan aparıcı qlobal səyahət texnologiyaları platformasıdır. Şirkət dünyanın ən böyük bankları, aviaşirkətləri və turizm xidmətləri təminatçıları ilə əməkdaşlıq edir, qiymət dəyişkənliyi və səfər zamanı yarana biləcək dəyişikliklər daxil olmaqla geniş spektr üzrə əlavə məhsullar təqdim edir.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










