AZCON-da üç departamentə direktor təyin edilib - FOTO

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) hüquq, insan kapitalının idarəolunması və daxili audit departamentlərinin rəhbəri vəzifələrinə təyinatlar olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "APA"ya AZCON-dan bildirilib.
Belə ki, Toğrul Nurəddin oğlu Qulu Zadə AZCON-da baş hüquq inzibatçısı – Hüquq departamentinin direktoru vəzifəsinə təyin edilib.
_1746435482.jpg)
T.Qulu Zadə 1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və Riqa Ali Hüquq Məktəbində Beynəlxalq kommersiya hüququ üzrə, daha sonra isə Belçikanın Gent Universitetində Beynəlxalq və Avropa İttifaqı biznes hüququ üzrə magistratura təhsili alıb. O, hazırda Niderlandın Leyden Universitetində Korporativ hüquq, Beynəlxalq investisiya hüququ və Arbitraj hüququ sahələri üzrə, hüquq elmləri üzrə fəlsəfə doktoru namizədidir.
T.Qulu Zadə həm yerli, həm də beynəlxalq şirkətlərdə, o cümlədən BHM Hüquq Şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (Formula-1 Azərbaycan) hüquq meneceri, “Aqrar Təchizat və Tədarük” ASC və “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Hüquq departamentinin direktoru vəzifəsində işləyib. Hazırda o London Beynəlxalq Arbitraj Məhkəməsi və Vyana Beynəlxalq Arbitraj Mərkəzində arbitr hakimi və Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. T.Quluzadə, həmçinin BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasında tədqiqatçı kimi fəaliyyət göstərib. O həm də ADA Universitetinin müəllimidir.
Holdinqin Baş insan resursları inzibatçısı – İnsan kapitalının idarəolunması departamentinin direktoru vəzifəsi Elnur Eldar oğlu Hüseynova həvalə olunub.

E.Hüseynov 1987-ci ildə anadan olub. Böyük Britaniyanın Uels Universitetində Biznesin idarə edilməsi üzrə bakalavr, Heriot-Vatt Universitetinin Edinburq Biznes Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistratura təhsili alıb. O, əmək fəaliyyətinə “Azərsun Holding” MMC-də başlayıb. 2011-ci ildən etibarən SOCAR-da müxtəlif vəzifələrdə çalışıb, 2023-cü ildən etibarən həmin qurumun İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəhbəri olub. Corc Vaşinqton Universiteti və Dyuk Universitetində beynəlxalq ixtisasartırma proqramlarında iştirak edib.
Rəşadət Afiq oğlu Məmmədov isə baş audit inzibatçısı – Daxili audit departamentinin direktoru vəzifəsinə təyin edilib.

R.Məmmədov 1984-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Gömrük işinin təşkili üzrə bakalavr, Amerika Birləşmiş Ştatlarının Troy Universitetində Biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb. 2013-2019-cu illərdə “Deloitte & Touche”, “PwC” kimi şirkətlərdə auditor, baş auditor və audit üzrə menecer vəzifələrində çalışıb. 2019-2022-ci illərdə “Lu-Mun Holding” və “AZMADE Group”da Daxili audit departamentinin direktoru və Audit komitəsinin sədri vəzifələrində işləyib. O, həmçinin Azərbaycan İnvestisiya Holdinqində Daxili audit departamentinə rəhbərlik edib. O, eyni zamanda müxtəlif dövlət müəssisələrinin Audit komitələrinin sədri və üzvü olub. 2018-ci ildən etibarən Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











