“AZCON Holding” nəqliyyat sektorunda sərnişin və yükdaşıma göstəricilərini açıqlayıb

“AZCON Holding” şirkətlərinin 2025-ci ilin ötən 9 ayında nəqliyyat sektorunda sərnişindaşıma və yükdaşıma göstəricilərində ötən ilin analoji dövrü ilə müqayisədə artım müşahidə olunub.
“AZCON Holding”dən Avtosfer.az-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə daşınan sərnişinlərin sayı əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 26 min nəfərə çatıb. “BakuBus” MMC üzrə bu göstərici 40 faiz artımla 522 min nəfər, “Azərbaycan Hava Yolları” QSC (AZAL) üzrə isə 1 faiz artımla 3,1 milyon nəfər təşkil edib. AZAL tərəfindən həyata keçirilən tranzit sərnişin daşımaları isə 18 faiz artaraq 326 min nəfərə yüksəlib.
Bakı Metropolitenində də göstəricilər müsbət dinamika nümayiş etdirib. Belə ki, istismarda olan vaqonların sayı 9 faiz artaraq 351-ə çatıb, qatarlararası interval isə 15 saniyə endirilərək 1 dəqiqə 45 saniyə olub.
Həmçinin yükdaşımalar sahəsində artım qeydə alınıb. ADY ilə Şərq-Qərb (Orta Dəhliz) üzrə daşınan yüklərin həcmi 6 faiz artaraq 2,651 min tona çatıb. Bakı Limanı vasitəsilə konteyner aşırmaları 40 faiz artaraq 77 min TEU təşkil edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üzrə isə quru yolla daşınan yüklərin həcmi 70 faiz artaraq 1,019 min tona, tankerlə daşımalar 11 faiz artaraq 3,346 min tona, Xəzərdən kənar daşımalar isə 191 faiz artaraq 1,100 min tona yüksəlib.



Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












