Azər Fərəcov: “Qatar Bakıdan Qazaxa beş saat yarıma gedəcək”

"Bu gün — 15 iyun tarixində beş illik fasilədən sonra Bakı-Qazax marşrutu üzrə sərnişin qatarlarının hərəkəti yenidən fəaliyyətə başlayıb".
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
O qeyd edib ki, əvvəllər Bakıdan Qazaxa qatar səkkiz saat yarıma gedirdi, hazırda istifadədə olan qatarla bu məsafə beş saat yarım müddətə qət ediləcək:
"Sərnişinlər İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir qatarlarda səyahət edəcəklər".
A. Fərəcov bildirib ki, Qazax stansiyasının istifadəyə verilməsi Ağstafa-Qazax avtomobil yolunun əsaslı təmiri və bərpasından sonra mümkün olub, Qazax stansiyası təmir edilib.
O qeyd edib ki, yeni cədvələ əsasən, Bakıdan Qazax istiqamətində qatarlar hər gün saat 08:00-da və 18:00-da yola düşəcək:
"Eyni zamanda, Qazaxdan Bakı istiqamətində qatarlar səhər saat 08:00-da və axşam saat 16:20-də hərəkət edəcək. Qatar vaqonlarında 240-dan çox yer mövcuddur və sərnişinlər üçün standart, standart plus, biznes və birinci sinif seçimləri təklif olunur".
Bilet qiymətlərinə gəlincə, A. Fərəcov deyib ki, “Azərbaycan Dəmir Yolları” ötən ildən dinamik qiymət siyasətinə keçib:
"Qiymətlər alış tarixi və digər meyarlara görə dəyişir. Minimum bilet qiyməti 16 manat 20 qəpikdən başlayır".
Fərəcov qeyd edib ki, Bakı–Qazax–Bakı dəmir yolu marşrutunun bərpası Qazax rayonunun inkişafına müsbət təsir göstərəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












