“Azerbaijan Automobiles” GWM Asia-Pacific Summit 2025-də mükafat qazandı - FOTO

“Azerbaijan Automobiles” MMC-nin nümayəndə heyəti 2025-ci il 28–29 oktyabr tarixlərində Almatıda keçirilən GWM Asia-Pacific Summit 2025 beynəlxalq sammitində iştirak edib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Azərbaycanı “Azerbaijan Automobiles” MMC — GWM markasının ölkəmizdəki rəsmi distribütoru — təmsil edib. Şirkətin baş direktoru Cəmal Quliyev və satış şöbəsinin rəhbəri Eldar Aslanov sammitdə iştirak edən nümayəndə heyətinin tərkibində olublar.

Sammitin təşkilatçıları GWM və markanın Qazaxıstandakı rəsmi distribütoru Astana Motors şirkəti olub.
Proqram çərçivəsində GWM-in yeni modelləri və texnologiyalarının təqdimatı, strateji sessiyalar, Astana Motors Manufacturing Kazakhstan zavoduna səfər, həmçinin markanın yeniliklərinin test-sürüşləri təşkil edilib.

Tədbirdə Çin, Qazaxıstan, Moldova, Gürcüstan, Özbəkistan, Tacikistan, Monqolustan və digər Asiya və MDB ölkələrindən 100-dən çox nümayəndə iştirak edib.

Sammitin fəxri qonaqları arasında:
Mr. Parker Shi – GWM International prezidenti
Mr. Liu Bao – GWM Texnologiya Mərkəzinin baş direktoru
Mr. Richard Zhu – GWM hibrid sistemlərinin baş mühəndisi
Mrs. Carol Tian – GWM Asia Pacific baş meneceri

Sammit zamanı GWM Azərbaycanın son illərdə satışların artırılması, servis xidmətlərinin təkmilləşdirilməsi və GWM markasının Azərbaycanda tanıdılması sahəsində gördüyü işlər Brand Loyalty Award mükafatı ilə təltif edilib.

Səfərin sonunda nümayəndə heyəti Almatıda yerləşən GWM zavoduna baş çəkib, istehsal prosesi və avtomobillərin yığılma mərhələləri ilə tanış olub.
Sammit iştirakçıları GWM-in yeni modellərini sınaqdan keçirmək imkanı qazanıb, markanın innovativ texnologiyalarını, müasir dizaynını və gələcək illər üçün model xəttinin inkişaf istiqamətlərini yüksək qiymətləndiriblər.
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO










