"Azərbaycan atıcı silahlar üzrə ixtisaslaşmış müdafiə sənayesi kompleksinə malikdir" - Hərbi ekspert

Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə birgə hərbi sənaye məhsullarının istehsalına başlanılması planlaşdırılır. Bu barədə Bakıda səfərdə olan Belarus nümayəndə heyətinin üzvü, Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus məlumat verib.
Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın formalaşması uzun illər əvvələ dayanır:
"Müdafiə sənayesi sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi isə daim gündəmdə olub. Lakin bu günə qədər hər iki tərəf üçün maraqlı olan məhsulların ortaq istehsalına dair əsaslı və fundamental işlərin reallaşdığını müşahidə etməmişik.
Hesab edirəm ki, belə bir prosesə başlamazdan əvvəl mövcud imkanlar dəyərləndirilməlidir – elə imkanlar ki, həm Azərbaycan, həm də Belarus üçün iqtisadi cəhətdən rentabelli olsun. Məsələn, Azərbaycan atıcı silahlar üzrə ixtisaslaşmış müdafiə sənayesi kompleksinə malikdir, Belarus isə bu silahların optik cihazlarının yaradılması sahəsində təcrübəyə sahibdir. Azərbaycan Belarusun atıcı silahlarının təkmilləşdirilməsi prosesinə, Belarus isə optik cihazların istehsalına töhfə verə bilər".
Ekspert qeyd etdi ki, Azərbaycanın postsovet məkanında olan ölkələrlə müdafiə sənayesi sahəsində birgə layihələr həyata keçirməsi olduqca əhəmiyyətli və zəruridir.
"Elmi-nəzəri biliklərin genişləndirilməsi, birgə konstruktor bürolarının yaradılması həm Belarus, həm də Azərbaycan üçün, eləcə də digər postsovet ölkələri üçün müdafiə potensialının inkişafı baxımından mühüm imkan yaradır. Bunun üçün nə ciddi inzibati addımlara, nə də xüsusi siyasi iradəyə ehtiyac var. Eyni zamanda, prosesə əngəl törədə biləcək siyasi maneələr və ya xammal problemi də mövcud deyil. Postsovet məkanında xammal istehsalını təmin edə biləcək kifayət qədər mədənlər və sənaye müəssisələri fəaliyyət göstərir. Bütün bu amillər sözügedən sahənin inkişafına təkan verə bilər", - deyə Ramil Məmmədli bildirdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












