Azərbaycan axtarışda olan vətəndaşını Rusiyaya verməkdən imtina etdi

Azərbaycan beynəlxalq axtarışa verilən vətəndaşını Rusiyaya ekstradisiya etməkdən imtina edib.
1988-ci il təvəllüdlü Davud Mustafa oğlu Əliyev Rusiya hüquq-mühafizə orqanları tərəfindən qəsdən adam öldürməyə cəhd maddəsi ilə federal və dövlətlərarası axtarışa verilmişdi. Rusiyanın Arxangelsk vilayəti və Nenets Muxtar Dairəsi üzrə İstintaq Komitəsinin Korjyama rayonlararası istintaq idarəsinin rəis müavini Dmitri Artemenko hazırda Azərbaycan ərazisində olan Davud Əliyevin Rusiya tərəfinin müraciətinə baxmayaraq, ekstradisiya olunmadığını, onun vətənində mühakimə olunacağını qeyd edib.
“Biz Davud Mustafa oğlu Əliyevin Azərbaycan Respublikası ərazisində cinayət təqibi üçün materiallar hazırlamışıq. 2023-cü ilin oktyabrında azərbaycanlı həmkarlarımız, hüquq-mühafizə orqanlarının əməkdaşları onun yerini müəyyənləşdiriblər. Qəsdən adam öldürməyə cəhd faktı üzrə cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna verilib. Xarici dövlət təqsirləndirilən şəxsi Rusiyaya ekstradisiya etməyib. Əliyev öz vətənində mühakimə olunacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, hadisə 2023-cü il iyulun 14-dən 15-nə keçən gecə Rusiyanın Arxangelsk vilayətinin Korjyama şəhərində baş verib. Davud Əliyev şəhərin restoranlarından birinin qarderobunda 41 yaşlı yerli sakinlə mübahisə edib, mübahisə sonra küçədə davam edib. Əlbəyaxa dava zamanı Davud Əliyev bıçaqla ona bir neçə zərbə endirib. Çoxlu qan itirməsinə baxmayaraq yaralı xilas edilib. Təqsirləndirilən Davud Əliyev istintaqdan və məhkəmədən gizləndiyi üçün onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Bu cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatında nəzarətə götürülüb. (lent.az)
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












