"Azərbaycan Dəmir Yolları"nın Həkim-Sanitar Xidmətinin zərəri 7 dəfə azalıb

“Azərbaycan Dəmir Yolları"QSC-nin Həkim-Sanitar Xidməti 2020-ci ili 120 min manat xalis zərərlə başa vurub.
Avtosfer.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 7 dəfə azdır.
Ötən il Həkim-Sanitar Xidməti əsas əməliyyat gəlirləri 1,986 milyon manat (əvvəli ilə nisbətən 15,1% çox), sair əməliyyat gəlirləri 8,828 milyon manat (40,5% çox), istifadə etdiyi material ehtiyatları üzrə xərcləri 500 min manat (1,6% çox), işçi heyəti üzrə xərcləri 8,232 milyon manat (38,6% çox), amortizasiya xərcləri 1,042 milyon manat (5,9% az), digər əməliyyat xərcləri 1,127 milyon manat (8,5% az), mənfəət vergisi ödəmələri isə 34 min manat (47,4% az) təşkil edib.
Bu il yanvarın 1-nə Həkim-Sanitar Xidmətinin aktivləri 10,097 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 5,05 dəfə artaraq 434 min manata çatıb, balans kapitalı isə 1,2% azalaraq 9,663 milyon manata düşüb.
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










