Azərbaycan doqquz ayda 115 ölkəyə mal ixrac etdi

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Bu dövrdə 115 ölkəyə mal ixrac edilib, 168 ölkədən isə idxal olunub.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 402.7 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 18 milyard 633.7 milyon ABŞ dolları və ya 52.6%-i ixracın, 16 milyard 769 milyon ABŞ dolları (47.4%) isə idxalın payına düşüb. Nəticədə xarici ticarət balansı 1 milyard 864.7 milyon ABŞ dolları həcmində müsbət saldo ilə yekunlaşıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.6% artıb, real ifadədə isə 8.1% azalıb. Real ifadədə idxal 8.3%, ixrac isə 7.9% azalıb.
Ölkənin xarici ticarət dövriyyəsinin 25.2%-i İtaliyanın, 12.3%-i Türkiyənin, 10.3%-i Rusiyanın, 9.6%-i Çinin, 3.1%-i Almaniyanın, 2.9%-i ABŞ-ın, 2.7%-i Böyük Britaniyanın, 2.1%-i Çexiyanın, 1.9%-i Yunanıstanın, 1.8%-i Gürcüstanın, 1.7%-i Bolqarıstanın, 1.6%-i Qazaxıstanın, 1.5%-i Xorvatiyanın, 1.4%-i Rumıniya və İsveçrənin, 1.3%-i İranın, 1.1%-i Portuqaliya, Ukrayna və Avstraliyanın, 0.9%-i isə Özbəkistan və Belarusun payına düşüb. Ticarət əməliyyatlarının 14.1%-i digər ölkələrlə aparılıb.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












