Azərbaycan ədəbi dilin normalarının öyrənilməsinə xüsusi diqqət göstərilir - Kamran Həsənov

"Qloballaşma ilə dilin saflığının qorunması tarazlaşdırıla bilər. Yeni terminlər dilimizi zənginləşdirə və ya xələl gətirə bilər". Avtosfer.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov Bakıda Medianın İnkişafı Agentliyi (MEDİA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
Kamran Həsənov bildirib ki, Prezident İlham Əliyevin çıxışlarında Azərbaycan dilinin saflığının qorunmasını xüsusilə vurğulaması, dövlət rəhbərliyinin bu problemə nə qədər həssas yanaşdığını və önəm verdiyini göstərir.
PA rəsmisi qeyd edib ki, bu, eyni zamanda son 10 il ərzində bu sahədə görülən işlərə baxmayaraq vəziyyətin hələ də tam qənaətbəxş olmadığını göstərir: "Son illər bu istiqamətdə vacib addımlar atılıb. Qanunvericilik bazası təkmilləşdirilib, dilin saflığının qorunması və yad təsirlərdən mühafizəsi üçün addımlar atılıb. Məktəb və universitetlərdə Azərbaycan ədəbi dilin normalarının öyrənilməsinə xüsusi diqqət göstərilir. Şübhəsiz ki, bu addımlar gələcək nəsil üçün önəmlidir. Yeni terminlərin dilimizə uyğunlaşdırılmasında media və dilçilərin üzərinə böyük məsuliyyət düşür".
PA rəsmisi süni intellekt alətlərinin mediada tətbiqinin müzakirə edildiyi dövrdə belə, dilin saflığının qorunmasının vacib olduğunu qeyd edib.
K.Həsənov yekunda, jurnalistlərin ədəbi dilin normalarına riayət etməsinin cəmiyyətə təsirini vurğulayaraq, problemi yalnız səsləndirməyin deyil, həm də praktik addımlar atılmasının önəmini qeyd edib. O, son dərəcə strateji, milli kimliklə birbaşa bağlı və dövlət siyasətinin prioritetlərindən biri olan ədəbi dilin saflığının qorunması işlərinin davamlı olmasının şərt olduğunu diqqətə çatdırıb.

Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir








