Azərbaycan Əmmana müntəzəm aviareyslərin təşkili imkanlarını nəzərdən keçirir

Azərbaycan Əmmana müntəzəm aviareyslərin təşkili imkanlarını nəzərdən keçirir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının dördüncü iclasında bildirib.
"Azərbaycan Hava Yolları" QSC bu il yay mövsümü üçün Bakı və Əmman arasında birbaşa reyslər təşkil edib və biz hazırda növbəti yay mövsümündə də bu reyslərin təşkili imkanlarını qiymətləndiririk. Biz təkcə çarter reyslərinin deyil, həm də müntəzəm reyslərin həyata keçirilməsi və onların kommersiya baxımından cəlbediciliyinin artırılması yollarını öyrənəcəyik. Xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə iki ölkədə müvafiq məlumatlandırma prosesinin həyata keçirilməsində turizm agentliklərimizin rolu çox vacibdir", - S.Babayev bildirib.
O qeyd edib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 8 574 İordaniya vətəndaşı səfər edib.
"Biz bu il Azərbaycana səfər edən iordaniyalı turistlərin sayında kifayət qədər böyük artım müşahidə edirik. Yanvar-sentyabr aylarında turistlərin sayı 8 574 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur. Bu, yaxşı nəticədir, lakin malik olduğumuz potensialdan aşağıdır. İordaniyaya səfər edən azərbaycanlıların sayına nəzər saldıqda isə 105% artım görürük. Bu göstərici ötən illə müqayisədə artsa da, olduqca kiçik rəqəmdir və bu, məlumatlılıq səviyyəsini artırmaq, kampaniyalar keçirmək və əlbəttə ki, azərbaycanlıların İordaniya şəhərlərinə səfərlərinin sayını artırmaq üçün müvafiq şəraitin yaradılmasına təkan verir", - S.Babayev vurğulayıb.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












