Azərbaycan IALA Konvensiyasına qoşuldu - FOTO

Azərbaycan naviqasiya və dəniz nəqliyyatı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək və dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə qabaqcıl standartları tətbiq etmək məqsədilə “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya (IALA) rəsmi qaydada qoşulub. Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib. (https://president.az/az/articles/view/70500)
Avtosfer.az xəbər evrir ki, bu mühüm addım ölkəmizin Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) çərçivəsində növbəti audit yoxlamasından IALA tələbləri üzrə uğurla keçməsi, gəmilərin hərəkətinin idarəetmə xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması və yoxlanılması, habelə müvafiq sahə üzrə texniki dəstəyin alınması və beynəlxalq arenada daha fəal rol oynamaq üçün yeni bir platformada təmsil olunmaq imkanı yaradır.
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) təşəbbüsü ilə Azərbaycanın sözügedən Konvensiyaya qoşulması dəniz nəqliyyatı sahəsində yeni mərhələyə keçiddir.
IALA Konvensiyasına üzvlük çərçivəsində ölkəmiz dəniz naviqasiya avadanlıqlarının layihələndirilməsi, idarə olunması və texniki yenilənməsi üzrə beynəlxalq səviyyədə tanınan standartlara uyğun fəaliyyət göstərəcək. IALA standartlarının tətbiqi Xəzər dənizində naviqasiya marşrutlarının təhlükəsizliyini artırmaqla yanaşı, dənizdə baş verə biləcək hadisələrin qarşısının alınması, qəza risklərinin azaldılması və ekoloji mühafizə tədbirlərinin gücləndirilməsinə də mühüm töhfə verəcək.
Qeyd edək ki, 1957-ci ildən Beynəlxalq Mayak Xidmətləri Assosiasiyası kimi fəaliyyətə başlayan təşkilat 1998-ci ildən Dəniz Naviqasiya Avadanlıqları və Mayak Xidmətləri üzrə Beynəlxalq Assosiasiyaya (IALA) çevrilib. 2024-cü ildən etibarən isə Assosiasiya rəsmi şəkildə Qeyri-Hökumət Təşkilatından Hökumətlərarası Təşkilata çevrilib.

Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












