Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 3 gün

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyat davam edir.
Avtosfer.az xəbər verir ki, bu tədris dalğasında Mərkəz ilk dəfə olaraq xüsusi imkan təqdim edir. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən beş məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansı qazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq.
Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.
Proqrama qəbul olanlara dərslər "Technion" Texnologiya İnstitutunun akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər altı ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davam edəcək.
Proqram çərçivəsində "Red Team" (hücum) və "Blue Team" (müdafiə) olmaqla iki qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə "Technion" Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.
Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/AKM-7ci-dalga
Qeydiyyat 1 dekabr 2025-ci il tarixinə qədər davam edir.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlim proqramından 300-ə yaxın nəfər məzun olub, hazırda isə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindən eyni zamanda məzunların məşğulluq imkanlarının artırılması ilə bağlı da təşəbbüslər həyata keçirilir. Hazırda ən son iki dalğa üzrə məzunların işlə təmin olma göstəricisi 80%-dir. Mərkəzdə ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, ali təhsil müəssisələrində tədrisin həyata keçirilməsi, kibermaarifləndirmə, kibertəhlükəsizlik mütəxəssisləri üçün ixtisasartırma təlimləri, kibertəhlükəsizlik üzrə tədqiqat və araşdırma, yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstəyin göstərilməsi istiqamətində də tədbirlər həyata keçirilir.
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT










