Azərbaycan nümayəndə heyəti Çində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Medianın İnkişafı Agentliyinin nümayəndələrindən ibarət heyət Çinin Yunnan əyalətində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.
6 sentyabr 2025-ci il tarixində açılış mərasimi baş tutan tədbirdə 110 ölkədən 260-dan çox qurumu təmsil edən təxminən 500 nümayəndə, o cümlədən beynəlxalq və regional təşkilatların təmsilçiləri yer alıb. Media, beyin mərkəzləri, dövlət qurumları, biznes sektoru və akademik müəssisələrin nümayəndələrini bir araya gətirən Forum sülh üzrə konsensusun qurulması, inkişafın təşviqedici amillərinin müəyyənləşdirilməsi, yeni əməkdaşlıq yollarının araşdırılması və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi sahəsində dərin müzakirələrin aparılması üçün imkan yaradır.
Forum çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyinin prezidenti Fu Hua arasında imzalanmış “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun mübadiləsi mərasimi də həyata keçirilib.
Qeyd edək ki, Forum plenar sessiya, 4-cü Yunnan Beynəlxalq Kommunikasiya Forumu, Süni İntellekt Texnologiyası və Media Forumu, Qlobal Cənub Beyin Mərkəzləri Forumu, Qlobal Cənub Gənclər Dialoqu və Qlobal Cənub Dünya İrsi Forumu kimi əsas tədbirləri də əhatə edir.











1 / 5





Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












