Azərbaycan Polşadan daşınan hava yüklərinin artım tempinə görə ilk 3-lükdə qərarlaşıb

Bu ilin I rübündə Azərbaycan Polşadan hava yük daşımalarının illik artım tempinə görə ilk 3-lükdə qərarlaşıb.
Bu barədə Polşanın Mülki Aviasiya İdarəsinin məlumatında bildirilir.
Məlumata görə, yanvar-mart aylarında Polşadan daşınan hava yüklərinin həcminin illik artım tempinə görə ilk yerlərdə ABŞ (9.2 min ton çox), Fransa (1.9 min ton çox) və Azərbaycan (0.5 min ton çox), pandemiyadan əvvəlki dövr- 2019-cü ilin ilk 3 ayı ilə müqayisədə isə ABŞ (10.5 min ton artım ilə), Almaniya (4.6 min ton) və Fransa (2.9 min ton çox) qərarlaşıb.
Hesabat dövründə Polşadan daşınan hava yüklərinin ümumi həcmi 45 min ton olub ki, bu da, illik müqayisədə 13.3 % və 2019-cu ilin I rübü ilə müqayisədə isə 65 % çoxdur.
Yüklərin böyük hissəsi LOT Polşa aviaşirkəti tərəfindən daşınıb. Yüklərin əsas marşrutları ABŞ, Almaniya və Fransa olub.
Eyni dövrdə yüklərin böyük hissəsi Varşava şəhərindəki Şopen Hava Limanından daşınıb (23.2 min ton) ki, bu da ümumi yüklərin təxminən 52 %-ni təşkil edib. Növbəti pillələrdə isə Rzeşov şəhərindəki Yasionka Hava Limanı (11.2 min ton) və Katovitse şəhərindəki Pırzovitse Hava Limanı (7.6 min ton) yer alıb.
report
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO










