Azərbaycan QHT-si Korsikada azadlıq fədailərinə qarşı polis zorakılığını pisləyib

“Korsikada müstəqillik tərəfdarı olan fəalları birləşdirən və müstəmləkə hökmranlığına qarşı mübarizəyə aparan “Nazione” hərəkatının təsis olunmasından iki gün sonra hərəkatın azadlıq fədailəri və onların ailə üzvləri Fransa polisinin amansız zorakılığı ilə qeyri-qanuni saxlanılıb və təqib olunub”.
“Report”un məlumatına görə, bu barədə Korsikanın azadlıq fədailərinə qarşı amansızlığın pislənilməsinə dair “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin bəyanatında deyilir.
“Biz Qarabağda işğalçılara və qanunsuz rejimə qarşı döyüşmüşük. Əminik ki, haqq və ədalət uğrunda mübarizə aparanlar sonda qələbə çalır. Biz Korsika xalqının müstəqillik uğrunda mübarizəsini dəstəkləyirik.
Korsika xalqının pozulmuş hüquqlarının bərpası uğrunda mübarizəsi tamamilə legitimdir və vacibdir. Fransa polisin qanunsuz təqibləri Korsika xalqının istiqlaliyyət mübarizəsini sındıra bilməyəcək.
Fransa hökumətindən tələb edirik ki, müstəmləkə xalqlarına təzyiq, təqiblər dayandırılsın, bütün saxlanılanlar dərhal sərbəst buraxılsın”, - bəyanatda deyilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












