“Azərbaycan Səfirliyinə hücum edən şəxsə yaxın vaxtlarda hökm oxunacaq”

“Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən şəxslə bağlı yaxın vaxtlarda hökm çıxarılacaq”.
“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi sözçüsü Nasir Kənani bu gün keçirdiyi brifinqdə danışıb.
Sözügedən şəxslə bağlı məhkəmə prosesinin yanvarın 27-si keçirildiyini xatırladan Kənani hadisə zamanı həlak olan səfirlik əməkdaşının ailəsinə başsağlığı verib.
Onun sözlərinə görə, İranın məhkəmə sisteminin rəsmiləri prosesin qanun çərçivəsində aparılacağını bildiriblər: “İki ölkənin ədliyyə orqanlarının köməkliyi ilə istintaq prosesi yekunlaşıb. Sözügedən hücum iki ölkə arasında münasibətlər üçün acı olsa da, hakimiyyət insidentin qarşılıqlı əlaqələrə mənfi təsirini minimuma endirmək üçün bütün səyləri göstərib”.
Kənani, həmçinin Azərbaycanın Tehrandakı Səfirliyinin öz fəaliyyətini bərpa edəcəyinə ümid etdiyini qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












