Azərbaycan Türkiyə ilə Qarabağda tingçilik mərkəz tikir

"Qarabağda müasir texnologiyalar əsasında yeni tingçilik təsərrüfatı yaradılır. İşğal dövründə ermənilər tərəfindən məhv edilmiş yaşıllıq sahələrinin bərpasında bu tinglərdən istifadə ediləcək. Məhv edilmiş yaşıllıq sahələrini sürətli şəkildə bərpa etmək üçün yaradılan ağıllı ting təsərrüfatında, müxtəlif növ ağac və gül kollarından ibarət tinglər yetişdiriləcək".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib:
"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bir il ərzində bu təsərrüfatda 2 milyona yaxın ting yetişdiriləcək. Türkiyə və Azərbaycanla birgə Cəbrayıl rayonu ərazisində yeni tingçilik təsərrüfatı mərkəzi də tikilir. Bu mərkəzin ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Türkiyə, erməni işğalı zamanı məhv edilmiş meşə örtüyünün bərpasına da mühüm töhfə verəcək".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












