Azərbaycan və Pakistan avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını inkişaf etdirmək niyyətindədir

Azərbaycan və Pakistan yüklərin avtomobil yolu ilə daşınmasına dair sazişin hazırlanması üçün hüquqi bazanın formalaşdırılması barədə razılığa gəliblər.
Bu barədə razılıq Pakistanın federal rabitə naziri Maulana Əsəd Mahmudun İslamabadda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə əldə olunub.
İclasda bu məqsədlə işçi qrupu yaradılıb. Qrupda Pakistandan koordinator qismində federal kommunikasiyalar katibi Məhəmməd Xürrəm Ağa təmsil olunur.
M.Mahmud bildirib ki, Pakistan qonşu ölkələrə quru yollarını genişləndirir, Bəlucistanda mühüm milli avtomobil magistralların geniş şəbəkəsini yaradır.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri isə vurğulayıb ki, Pakistan və Azərbaycan arasında İran ərazisindən keçməklə quru və avtomobil yollarının yaradılması iki ölkə arasında ticarət, sənaye, turizm və mədəniyyət sahələrinin inkişafına töhfə verəcək. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












