Azərbaycana Aİ-95 markalı benzinin idxalı 88 faizdən çox artıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 89 milyon 731 min ABŞ dolları dəyərində 105 min 308.9 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 88.8% və ya 49.5 min ton, dəyər ifadəsində isə 66.9% və ya 36.9 milyon ABŞ dolları artıb. Hesabat dövründə ölkəyə Aİ-95 markalı avtomobil benzini Rusiyadan ( 69.4 min ton), Belarusdan ( 12 min ton), Rumıniyadan ( 11.7 min ton), Birləşmiş Ərəb Əmirliklərindən ( 9.3 min ton), Gürcüstandan ( 1.5 min ton) və Bolqarıstandan (1.4 min ton) idxal edilib. Eyni zamanda bu dövrdə ölkəyə 2 milyon 178 min ABŞ dolları dəyərində 1777 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1081 min ton avtomobil benzini istehsal edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












