Azərbaycana qarşı daha bir təxribat - Bu foto saxtadır

Türkiyə sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu dəfə də yayılan feyk xəbərlər İsraillə bağlıdır.
Belə ki, yayılan məlumatda bir sıra ölkələr tərəfindən BMT Baş Assambleyasındakı çıxışı boykot edilən İsrail baş naziri Benyamin Netanyahunu dinləyənlər arasında azərbaycanlı rəsmilərin olduğu iddia edilir.
Ancaq sözügedən fotonun feyk olduğunu aşkarlamaq çətin deyil. Yayılan foto Netanyahunun ötən ilin sentyabrında BMT-dəki çıxışındandı. Həmin çıxışda Netanyahu mavi qalstukdadır.
.png)
Yeni çıxışda isə onun qırmızı qalstukda olduğu İsrail rəsmi mənbələrinin yadığı fotolardan da aydın görünür.

Bunlar Azərbaycan nümayəndə heyətinin sözügedən çıxış zamanı orada olduğunu əks etdirmir. Bütün dünyaya açıq olan mənbələrdən dəqiq fotoları tapmaqda belə aciz olan təxribatçılar belə naşı vasitələrlə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə cəhd göstərirlər.
Qeyd edək ki, bundan əvvəl də Türkiyə mətbuatında guya İsrail qatılmazsa, Azərbaycanın “Avroviziya” müsabiqəsini boykot edəcəyinə dair yalan məlumatlar yayılmışdı. Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyətinin media rəhbəri Turab Teymurov İsrailin “Avroviziya”da iştirak etmədiyi təqdirdə, ölkəmizin yarışmadan imtina edəcəyi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












