Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb

Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, ümumiyyətlə, regiondakı hava limanlarının, o cümlədən istər Qəbələ, istərsə də Zəngilan hava limanlarının inkişafı ilə bağlı işlər aparılır.
“Biz bir-bir bütün böyük aviaşirkətlərə dəvətlər göndəririk. Biz gözləmirik ki, hansısa şirkət Azərbaycana gəlsin, özümüz birbaşa onlarla uçuşlar aparmaları ilə bağlı şərait yaradılması üçün danışıqlara başlayırıq. Onlarda niyə marağın olmamasına gəlincə, bu, ilk növbədə turist axını ilə bağlıdır. Dünyada bütün hava yolları, eyni zamanda, AZAL yeni reys açmamışdan qabaq xüsusi bir sistem vasitəsilə iki məntəqə arasında sərnişin axınına baxır. Əgər bu yoxdursa, heç bir halda ora təyyarə uçuşlarının olması sərfəli deyil. Təbii ki, bunun digər səbəbi ölkələrin viza rejimi ilə bağlıdır.
Vizasız gediş-gəliş varsa, sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir. Bu gün biz xarici aviaşirkətləri, o cümlədən loukosterləri Azərbaycana dəvət edirik ki, Azərbaycan vətəndaşları üçün ən azından həm qiymət, xidmət səviyyəsi baxımından müxtəlif seçimlər olsun”, – nazir müavini vurğulayıb.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












