Banner

Azərbaycanda benzin istehsalı 19% artıb

Xəbərlər 12 Oktyabr 2023 14:14 Oxunub 822
Azərbaycanda benzin istehsalı 19% artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 347,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 57,7%, neft koksunun istehsalı 27,4%, qazoylların (dizel yanacağının) istehsalı 20%, avtomobil benzininin istehsalı 19,1% artıb, neft bitumen istehsalı 30,7%, mazut istehsalı isə 92,4% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

 

 

Məhsul növləri

2023-cü ilin yanvar- sentyabr aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.10.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

1079,9

119,1

43,2

Ağ neft, min ton

440,1

107,5

42,3

Qazoyllar (dizel yanacağı), min ton

 

1734,2

 

120,0

 

95,8

Mazut, min ton

5,2

7,6

2,1

Sürtkü yağları, min ton

44,8

157,7

4,1

Maye qazlar, min ton

179,0

104,6

2,7

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları,

min ton

 

 

827,8

 

 

80,4

 

 

14,3

ondan:

 

 

 

neft bitumu, min ton

197,9

69,3

6,6

neft koksu, min ton

176,0

127,4

7,4

ŞƏRH YAZ
Ad

E-mail

Şərh