Azərbaycanda benzin istehsalı azalıb - FOTO

Azərbaycanda 2021-ci ilin yanvar-may ayları ərzində 1 milyard 603,6 milyon manat dəyərində neft məhsulları istehsal olunub.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Bu dövr ərzində ölkədə 478,7 min ton avtomobil benzini, 1 milyon 16,6 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 5,4 faiz azalıb, dizel yanacağının istehsalı isə 9,2 faiz artıb.
Eləcə də, neft məhsullarından sürtkü yağlarının istehsalı 79,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 34,3 faiz, neft koksunun istehsalı 16,1 faiz artıb, neft bitumunun istehsalı 7,7 faiz, ağ neftin istehsalı 13,8 faiz, yanacaq mazutunun istehsalı isə 36,6 faiz azalıb.
Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsində istehlakçılara 967,2 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artıb.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












