Azərbaycanda bu il yük və sərnişin daşımaları artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,8% və 37,7% artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 139,1 mln. ton yük daşınıb.
“Yüklərin 3,6%-i dəniz, 8,5%-i dəmir yolu, 0,2%-i hava, 57,2%-i avtomobil nəqliyyatı, 30,5%-i isə boru kəməri ilə daşınıb”, - məlumatda qeyd olunur.
Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 11,9% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9% təşkil edib.
Qeyd olunur ki, 2022-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1 024,9 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1%-i avtomobil nəqliyyatı, 12,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO












