Azərbaycanda bu sürüşmə sahələri aktivləşib - RƏSMİ AÇIQLAMA

Mövsümi xarakterli sürüşmələrin aktivləşməsi ehtimalolunandır.
Bunu Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, ərazilərdə davamlı monitorinqlər həyata keçirilir:
"Oğuz rayonunun Filfili kəndində sürüşmə hadisəsi baş verib. Sürüşmənin uzunluğu 60, eni isə 30 metrdir və yaşayış evinə yaxın məsafədədir. Mütəxəssislərimiz ərazidədirlər. Əraziyə baxış keçiriləndən sonra dəqiq məlumat vermək olar".
Ə.Əliyev qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə yağan son yağışlar sürüşmə sahələrində nisbətən aktivləşmə hallarına səbəb olub.
"Amma ciddi bir dinamik dəyişiklik yoxdur. Yalnız Abşeron yarımadasında mövcud olan altı sürüşmə sahəsindən ikisində - Nübar massivi və Masazırda zəif aktivləşmə var. Bayıl yamacında və Badamdar yaylasında ciddi dəyişiklik yoxdur. Fövqəladə Hallar Nazirliyi həmin ərazidə bərkidici tədbirlər görür.
Bundan başqa, Qaraçuxur sürüşmə sahəsində vəziyyət stabildir. Orada istinad divarı qurulub və sürüşmə prosesi tam dayanıb. Bir müddət əvvəl Muğanlı-İsmayıllı yolunda baş verən sürüşmə baş verib. O prosesin qarşısı artıq alınıb", - deyə o qeyd edib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












