Azərbaycanda ən çox müavini olan nazir kimdir?

“Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov vəzifəsindən azad edilərək, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Bununla da, Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb.
Belə ki, Rəhman Hümbətov, Samir Məmmədov, Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri) və Elmin Məmmədov da RİNN rəhbərinin müavinləridir.
Maraqlıdır, Azərbaycanda ən çox müavini olan nazir kimdir?
Avtosfer.az xəbər verir ki, Qafqazinfo nazirlərin müavinlərinin sayı ilə bağlı qısa araşdırma edib. Məlum olub ki, hazırda ən çox müavini olan nazir Kəmaləddin Heydərovdur.
Fövqəladə hallar naziri K.Heydərovun 7 müavini var: Rəfael Mirzəyev (birinci müavin), Faiq Tağızadə, Etibar Mirzəyev, Orucəli Hacıyev, Teymur Mehdiyev (Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu), Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu), Adil Abdullayev.
Xarici işlər naziri Ceyhun Bayramovun müavinlərinin sayı isə 6-dır: Mahmud Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov, Samir Şərifov, Yalçın Rəfiyev.
Daxili işlər, ədliyyə və iqtisadiyyat nazirlərinin 5 müavini var.
Daxili işlər naziri Vilayət Eyvazovun müavinləri: Seyfulla Əzimov (birinci müavin), Oqtay Kərimov, İsmət Əliyev, Şahin Məmmədov, Fazil Quliyev.
Ədliyyə naziri Fərid Əhmədovun müavinləri: Abidin Hüseynov, Toğrul Hüseynov (Birinci vitse-prezidentin Katibliyinin sabiq baş məsləhətçisi), Mübariz Əhmədov, Eldar Nuriyev, Mirsaleh Seyidov.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinləri: Elnur Əliyev (birinci müavin), Sahib Ələkbərov, Rövnəq Abdullayev (SOCAR-ın sabiq prezidenti), Səməd Bəşirli, Anar Axundov.
Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Elm və Təhsil Nazirliklərində isə müavin sayı 4-dür.
Müdafiə naziri Zakir Həsənovun müavinləri: Kərim Vəliyev (birinci müavin), Hikmət Mirzəyev, Namiq İslamzadə, Aqil Qurbanov.
Ekologiya və təbii sərvətlər naziri postu hazırda boş olsa da, nazirlikdə 4 müavin fəaliyyət göstərir: Rəşad İsmayılov (birinci müavin), Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva.
Energetika naziri Pərviz Şahbazovun müavinləri: Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov, Orxan Zeynalov.
Elm və təhsil naziri Emin Əmrullayevin müavinləri: Firudin Qurbanov, İdris İsayev, Həsən Həsənli, Kənan Kərimzadə.
Əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı, mədəniyyət və səhiyyə nazirlərinin isə 3 müavini var.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müavinləri: Vüsal Nəsirli, Anar Kərimov, Hidayət Abdullayev.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri: İlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov.
Mədəniyyət naziri Adil Kərimlinin müavinləri: Səadət Yusifova, Fərid Cəfərov, Murad Hüseynov.
Səhiyyə naziri Teymur Musayevin müavinləri: İlqar Qasımov, Rasim İsmayılov, Nadir Zeynalov.
Müdafiə sənayesi, gənclər və idman nazirlərinin 2 müavini var.
Müdafiə sənayesi naziri Vüqar Mustafayevin müavinləri: Mehman Baxışov və Hidayət Əzimov.
Gənclər və idman naziri Fərid Qayıbovun müavinləri: İndira Hacıyeva və Fərhad Hacıyev.
Maliyyə naziri Sahil Babayevin isə cəmi 1 müavini var: Azər Bayramov.
Qeyd edək ki, bəzi nazirliklərin əsasnamələrində müavin postlarının sayı daha çox göstərilsə də, yazıda isə hazırda vəzifə başında olan müavinlərin adları qeyd edilib.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











