Azərbaycanda işçilərin pulunu verməyən şirkətlərə İŞ AÇILDI

Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən xəbərə görə, araşdırma zamanı “Freco Company Group” MMC tərəfindən vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, habelə “CRF-GROUP” MMC, “B.Sərdarov adına maşınqayırma zavodu” MMC, “Anar Food” MMC və müxtəlif fərdi sahibkarlar tərəfindən isə işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












