Azərbaycanda məhkəmə hakimi özü-özünə etiraz etdi - FOTO

Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilov məhkəmə prosesində özü-özünə etiraz edib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin hazırlıq iclasında baş verib.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə Qusar sakininin etibarından sui-istifadə edib və ümumilikdə 8500 manat pulunu ələ keçirib. Təqsirləndirilən şəxs zərərçəkənə onun oğlunun Qusar Rayon Məhkəməsində CM-nin 152.1-ci maddəsi ilə olan cinayət işi üzrə yüngül cəza verdirəcəyini yalandan vəd verib.

Nəticədə hazırlıq iclasına sədrlik edən Əli Cəlilov özü-özünə etiraz edib. Məhkəmə hesab edib ki, hazırki cinayət işində Qusar Rayon Məhkəməsinin adı hallandığından həmin işə sözügedən məhkəmədə baxılması məqsədəmüvafiq deyil.
Təqsirləndirilən şəxsin cinayət işinə Qusar Rayon Məhkəməsində baxıla bilməməsinin məqsədəmüvafiqliyinə Sumqayıt Apellyasiya Məhkəməsi qiymət verəcək.
Qeyd edək ki, Əli Cəlilov Qusar Rayon Məhkəməsinə 2022-ci ildə təyinat alıb.
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ












