Azərbaycanda məhkəmə sədrinin özü-özünə etirazı təmin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimin özü-özünə etirazı ilə bağlı qərar verib.
Avtosfer.az xəbər verir ki, kollegiya hakimin özü-özünə etirazını təmin edib.
Qeyd edək ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarına riayət edilərək Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin hakimi Gülsüm Əliyeva isə obyektivliyin təmin olunması baxımından işə onun tərəfindən baxılmasına dair öz-özünə etiraz edib. Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər.
Cinayət-Prosessual Məcəlləsinin 109.3.1-ci maddəsinə görə birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri həll edir.
Cinayət-Prosessual Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən, özü-özünə etiraz etmiş hakimin etirazına baxmalı olan məhkəmənin sədri iş üzrə tərəf (xüsusi ittiham qaydasında şikayət vermiş şəxs) Gülnar Səfərəliyeva olduğundan etiraza baxılması məsələsinin məhkəmənin sədri tərəfindən həll edilməsinin cinayət prosessual qanunvericiliyin tələbinə zidd olması nəzərə alınaraq iş və hakimə etiraz baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına göndərilib.
Naxçıvan Şəhər Məhkəməsinin sədri hakim Gülnar Səfərəliyeva özü haqqında qərar qəbul etməyib və hakimə etiraz məsələsinə baxmayıb.
Hakimin özü-özünə etirazı isə yalnız Azərbaycan qanunvericiliyində yox, digər ölkə qanunvericiliklərində də nəzərdə tutulmuş prinsipdir.
Həmin iş üzrə hakimin özü-özünə etirazı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən təmin olunaraq iş baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilib.(oxu.az)
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










