Azərbaycanda məktəbdə təhlükəli anlar: Şagirdlər təxliyə edildilər - VİDEO

Mingəçevirdə məktəbdə tüstülənmə baş verib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə qeydə alınıb.
Şagirdlər polislər və məktəb rəhbərliyinin köməyi ilə təxliyə ediliblər.
Valideynlər bildiriblər ki, bu, 8 saylı tam orta məktəbdə tədris ili başlayandan artıq ikinci analoji hadisəsidir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik açarında qısaqapanma olduğu müəyyən olunub. Təhlükəsizlik tədbriləri çərçivəsində şagirdlər təxliyə ediliblər.
Yanğın hadisəsi qeydə alınmayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












