Azərbaycanda məşhur general məhkəməyə VERİLDİ - FOTO
Milli Məclisin sabiq deputatı Vladimir Timaşenko məhkəməyə verilib.
Avtosfer.az xəbər verir ki, Modern.az-ın "Elektron Məhkəmə Portalı"ndan əldə etdiyi məlumata görə, “Azəristiliktəchizat” ASC ehtiyatda olan general-mayor barədə məhkəməyə müraciət edib.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.
Əldə etdiyimiz məlumata görə, qurumun məhkəməyə müraciət etməsinə səbəb Timaşenkonun qarajı olub. Belə ki, “Azəristiliktəchizat” ASC sabqi deputatdan qarajın qanunsuz olduğunu bildirib və obyektin sənədlərini təqdim etməsini tələb edib. Sənədlərin qaydasında olmadığı məlum olduqda isə ondan qarajın sökülməsi tələb olunub.
81 yaşlı Timaşenko Kiyevdə anadan olub. Ehtiyatda olan general-mayor Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.
Timaşenko 2000-ci il noyabrın 5-də 27 saylı Nəsimi ikinci seçki dairəsindən deputat seçilib.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












