Azərbaycanda milyonlarla borcu olan şirkətlər bağlandı

Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər ləğv olunub.
Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar “ALTİS” və “KOMETA-A” şirkətləridir. Hər iki MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib.
Məlumat üçün bildirək ki, “ALTİS” şirkətinin hazırda 3 517 315,86 manat, “KOMETA-A” şirkətinin isə 1 312 046,04 manat vergi borcu var.
Bundan əlavə, həmin şirkətlərin qoşulduğu “Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcuddur. Onun vergi borcunun miqdarı 6 142 328,10 manat təşkil edir.
Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. “ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, “KOMETA-A”nın qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğludur.
2012-ci ildə dövlət qeydiyyatına alınan “Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












