Azərbaycanda nağd dollar alışı azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisi banklardan 836,279 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə mayda əhali 80,064 mln. nağd dollar alıb, bu da aprel ayı ilə müqayisədə 38,4% azdır. Qeyd edək ki, sözügedən göstərici 2017-ci ilin aprel ayından (65,671 mln. manat) bəri qeydə alınan ən aşağı aylıq göstəricidir.
Bundan başqa, cari ilin yanvar-may aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 560,350 mln. dollar təşkil edib, bu da illik ifadədə 22,8% çoxdur. Təkcə may ayında banklar əhalidən 99,009 mln. nağd dollar alıb, aylıq müqayisədə bu göstərici 24,2% azalıb, illik müqayisədə isə 39,1% artıb.///Apa
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












