Banner

Daha bir azərbaycanlı sürücü qəzaya düşdü, 4 nəfər yaralandı

Qəzalar 16 Noyabr 2026 18:44
Daha bir azərbaycanlı sürücü qəzaya düşdü, 4 nəfər yaralandı
WhatsApp kanalımıza abunə olun

Rusiyada daha bir azərbaycanlı sürücü yol qəzasına düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Volqoqrad vilayətinin Mixaylovski rayonunda, R-22 “Xəzər” federal avtomobil yolunun 752-ci kilometrliyində qeydə alınıb.

43 yaşlı Kalmıkiya vətəndaşının idarə etdiyi “Mercedes” markalı minik maşını ilə 32 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi “Volvo” markalı yük avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişinləri - 77 yaşlı qadın, həmçinin 10 və 17 yaşlı iki oğlan xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Volqoqrad vilayət prokurorluğu baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı prosessual yoxlamanın gedişatını nəzarətə götürüb. (modern.az)

 

FOTO QALEREYA
Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh