Nənə 2 yaşlı uşağa işgəncə verib - DİN-dən AÇIQLAMA - FOTO

Sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.
"Belə ki, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib.
İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayit ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib", - deyə o qeyd edib.
***
"İki yaşlı Əminə nənəsi tərəfindən işgəncəyə məruz qalıb. Balaca axır ki, nənənin fiziki işgəncələrindən qurtulub".
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.
"Uşaq Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə 1 həftə xəstəxanada nəzarətdə qalıb", - K.Ağazadə bildirib.
O qeyd edib ki, bu nənədə daha 2 uşaq var. Onun sözlərinə görə, uşaqların anası bir müddət əvvəl dünyasını dəyişib.

unikal
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











