Azərbaycanda satılan bu araqlar saxta imiş

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət obyektlərində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı bir sıra mağazalarda müşayiətedici sənədləri olmayan, aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. İçkilərin kustar üsullarla başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, qablaşdırılmasının kəskin fərqləndiyi, etiket məlumatlarında istehsalçı və istehsal ünvanı barədə məlumatın olmadığı və saxta VÖEN göstərildiyi məlum olub.
Gəncə şəhərinin Ş. İ. Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Azər Ələkbər oğlu Abdullayevə məxsus mağazada “Naturel” və “Беленькая Водка”, Atatürk prospekti, ev 83 ünvanında fəaliyyət göstərən fiziki şəxs Elgün Aydın oğlu Ələkbərova məxsus mağazada “Ağsu”, Göygöl şəhərinin A.Kazımov küçəsində fəaliyyət göstərən fiziki şəxs Raqif Qədir oğlu Aslanova məxsus “Əkizlər” marketdə “Organic Brand”, Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fiziki şəxs Elçin Ələddin oğlu Abbasova məxsus “Çinar” marketdə “Premium Organic”, “Organic Росинка”, “Mypaва”, Aşıqlı kəndində fəaliyyət göstərən fiziki şəxs Cavid Şəmsəddin oğlu Quluyevə məxsus “Gilavar” marketdə “Organic Росинка”, Yeni Qızılca kəndində fəaliyyət göstərən fiziki şəxs Elnur Şahvələd oğlu Abdullayevə məxsus “BEH” marketdə “N1 Organic” əmtəə nişanlı saxta araqlar müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












