"Azərbaycanda yaxın zamanlarda elektron pulların dövriyyəsi reallaşacaq" - Deputatdan AÇIQLAMA

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycan Mərkəzi Bankı cari ildə pilot qaydada (Sandbox rejimində) kripto layihələrə start verib. Onun sözlərinə görə, rəqəmsal manatla bağlı müzakirələr aparılır.
Mövzu ilə bağlı iqtisadçı millət vəkili Vüqar Bayramov bildirdi ki, Azərbaycanda virtual pulların, eləcə də kriptovalyuta istifadəsi ilə bağlı Mərkəzi Bankın siyasətində xüsusi istiqamətlər qeyd olunub:
"Mərkəzi Bank tərəfindən də virtual valyutanın istifadə imkanları öyrənilir. Təbii ki, bütövlükdə bu istiqamətdə nəzərə alsaq ki, mərhələli addımlar atılır, artıq elektron pulların dövriyyəyə buraxılması üçün Mərkəzi Bank tərəfindən lisenziyaların verilməsi həyata keçirilir. Bu o deməkdir ki, məhz Azərbaycanda da yaxın zamanlarda elektron pulların dövriyyəsi reallaşacaq".
Millət vəkili qeyd etdi ki, eyni zamanda virtual valyutadan istifadə imkanları da müzakirə edilən məsələlərdəndir.
"Bu kontekstdə virtual pullar və kriptovalyutadan istifadə imkanları öyrənildikdən sonra bu istiqamətdə qərarların verilməsi mümkündür. Amma artıq nəzərə almaq lazımdır ki, ümumiyyətlə elektron pulların dövriyyəyə buraxılması ilə bağlı lisenziyaların hazırlanması ondan xəbər verir ki, Azərbaycanda virtual pulların istifadəsi öyrənilən məsələlərdəndir",- deyə Vüqar Bayramov vurğuladı.(redaktor.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












