Azərbaycanda yük və sərnişindaşıma artdı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 198,3 milyon ton yük daşınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur.
Yüklərin 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava, 61,5%-i avtomobil nəqliyyatı, 27,4%-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,7% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,9% təşkil edib.
Yanvar-oktyabrda ölkədə nəqliyyatçılar 1785 milyon sərnişinə xidmət göstərib. Bu isə illik müqayisədə 5,3% çoxdur.
Sərnişinlərin 89%-i avtomobil nəqliyyatı, 10,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb./apa
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












